ABŞ Ukraynaya F-16 qırıcılarının texniki xidməti və dəstəyi üçün 622 milyon dollarlıq satışa razılıq verib
ABŞ Ukraynaya F-16 qırıcı təyyarələrinin texniki xidməti və dəstəyi ilə bağlı avadanlıqları əhatə edən 622 milyon dollar dəyərində satışa razılıq verib.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, satınalma Belçika, Danimarka, Niderland və Norveç tərəfindən maliyyələşdiriləcək. Sövdələşmənin həyata keçirilməsi üçün ABŞ vəsaitlərindən istifadə olunmayacaq.
Dövlət Departamentinin açıqlamasında qeyd edilib ki, Ukrayna satınalma üçün adıçəkilən 4 ölkənin maliyyə dəstəyi ilə yaradılmış “Ukrayna üzrə Birgə Çoxmillətli Proqram”ın vəsaitlərindən yararlanacaq.
Məlumata görə, təsdiqlənmiş paketə F-16 qırıcılarının texniki xidməti və dəstəyi üçün nəzərdə tutulan avadanlıqlar daxildir.
