Ermənistan hökuməti "TRIPP İnkişaf Şirkəti" (TRIPP Development Company) Qapalı Səhmdar Cəmiyyətinin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib.
Bu barədə NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir.
Sənədə əsasən, şirkətin səhmlərinin 26 %-i Ermənistana, 74 %-i isə ABŞ tərəfinə məxsus olacaq.
Şirkətin Direktorlar Şurası 5 üzvdən ibarət olacaq, onlardan üçünü ABŞ, ikisini isə Ermənistan tərəfi təyin edəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə ərzində sazişin imzalanacağını, şirkətin isə Ermənistanda qeydiyyatdan keçəcəyini bildirib.
"Bu, müstəqillik qazandığımızdan bəri ən böyük iqtisadi layihədir", - o qeyd edib.
