İspaniya sahillərində tanker qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

A- A A+

İbiza (İspaniya) sahillərində tankerin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, daha altı nəfər isə yüngül xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniya mediası Balear adalarının təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Təxminən 1,2 milyon litr xam neft daşıyan gəminin göyərtəsində 17 heyət üzvü olub. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilib ki, yanacağın sızması təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları fövqəladə hallara reaksiya planını işə salıblar.

Xilasetmə əməliyyatında Dəniz Xilasetmə Xidmətinin üç helikopteri iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: