İngiltərənin “Börnli” klubu çempionat oyunlarında evdə qələbə qazana bilmədiyi matçların sayına görə antirekorda imza atıb.
NUHÇIXAN ESPN-ə istinadən xəbər verir ki, komanda “Birmingem Siti”yə 0:2 hesabı ilə məğlub olduqdan sonra evdə qələbəsiz oyunlarının sayını 24-ə çatdırıb. Bu uğursuz seriya artıq 403 gündür davam edir.
2025/2026 mövsümündə Premyer Liqanı tərk edən komanda sonuncu dəfə 2025-ci il oktyabrın 18-də doğma meydanda “Lids”i 2:0 hesabı ilə məğlub edib. Həmin vaxtdan bəri evdə 12 dəfə uduzub, 12 görüşdə isə heç-heçə edib.
Bununla da “Börnli” İngiltərə futbolunda yeni antirekord müəyyənləşdirib. Əvvəlki rekord 23 ev oyununda qələbə qazana bilməyən “Şeffild Uensdey” klubuna məxsus idi.
Komanda hazırda Çempionşipin turnir cədvəlində 17 oyundan topladığı 11 xalla 23-cü pillədə qərarlaşıb.
