Qazaxıstanda süni intellekt xəstəliklərin diaqnostikasında geniş tətbiq olunur

A- A A+

Qazaxıstanda 700-dən çox tibb müəssisəsi xəstəliklərin diaqnostikası və tibbi sənədləşmənin aparılması üçün süni intellekt texnologiyalarından istifadə edir.

NUHÇIXAN  Kazinforma istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkənin səhiyyə sistemində 10-dan çox süni intellekt həlli tətbiq olunur. Onlardan biri olan “CerebraAI” sistemi kompüter tomoqrafiyası nəticələrini təhlil edərək insult əlamətlərini erkən müəyyənləşdirməyə kömək edir. 2025-ci il sentyabrın 1-dən etibarən sistem 23,5 mindən çox xəstənin müayinə nəticələrini təhlil edib.

Süni intellekt texnologiyalarından, həmçinin süd vəzi və ağciyər xərçənginin erkən aşkarlanmasında və diaqnostikasında istifadə olunur. Bundan başqa, 4205 həkim tibbi sənədləşməni sürətləndirmək üçün “Alima” rəqəmsal platformasından yararlanır. Pilot layihə çərçivəsində tibbi sənədlərin hazırlanmasına sərf olunan vaxt 6 dəqiqədən 90 saniyəyədək azaldılıb.

Nazirlik vurğulayıb ki, süni intellekt həkimləri əvəz etmir, onların fəaliyyətinə dəstək göstərir. Diaqnoz və müalicə ilə bağlı qərarlar isə həkimlər tərəfindən qəbul olunur.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: