Fernando Alonso virusa yoluxduğu üçün Qətər Qran-Prisinin ilk sərbəst yürüşünü buraxacaq

A- A A+

İkiqat Formula 1 çempionu Fernando Alonso virus infeksiyasından sağalmağa davam etdiyi üçün bu gün Qətərin Lusail avtodromuna gəlməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalist Kris Medland sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, ispaniyalı pilot Las-Veqas Qran-Prisinin sonuna yaxın virusa yoluxub. “Aston Martin” komandası Alonsonun cümə günü paddoka qayıdacağını gözləyir.

Qətər Qran-Prisinin ilk sərbəst yürüşündə ispaniyalı pilotu komandanın ehtiyat sürücüsü Cek Krouford əvəz edəcək.

Qeyd edək ki, 2026-cı il mövsümündə Fernando Alonso komandasına 7 xal qazandırıb. O, bu göstərici ilə “Uilliams” komandasının pilotu Aleks Albonu (5 xal), həmçinin “Red Bull” və “Racing Bulls” komandalarının ehtiyat pilotu Yuki Tsunodanı və “Haas” komandasının ehtiyat pilotu Ryo Hirakavanı (hər biri 1 xal) qabaqlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: