Rusiyada Su-34 bombardmançı təyyarələrinin yerləşdiyi aerodrom vurulub

A- A A+

Bu gün gecə “Neptun” raketləri Su-34 bombardmançı təyyarələrinin yerləşdiyi Rusiya aerodromunu vurub.

Bu barədə NUHÇIXAN Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.

Gecə ərzində Müdafiə Qüvvələri Volqoqrad vilayətində “Marinovka” aerodromunu və Başqırdıstanda “Transneft”in neft stansiyasını vurub. Hər iki obyekt sərhəddən 1000 kilometrdən çox məsafədə yerləşir.

Aerodroma Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinə məxsus “Neptun” kompleksi ilə zərbələr endirilib.

Həmin aerodromda Su-34 qırıcı-bombardmançıları yerləşir. Bu təyyarələrdən Ukrayna şəhərlərinə idarə olunan aviasiya bombaları atılır.

Ukraynanın zərbə vasitələri Başqırdıstanda da qeydə alınıb. “Subxankulovo” istehsalat-dispetçer stansiyasının ərazisinə zərbə endirildiyi müəyyən edilib. Bu, “Transneft”in Qərbi Sibirdən və Başqırdıstandan neftin nəql olunduğu qovşağıdır. Stansiyanın ərazisindəki rezervuarın vurulduğu təsdiqlənib və burada yanğın baş verib.

“Belə zərbələrin hər biri emal üçün daha az neft, müharibə aparmaq üçün daha az neft rublu deməkdir”, – deyə Baş Qərargahdan bildirilib. Qeyd olunub ki, Müdafiə Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququ çərçivəsində fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: