Tanınmış futbolçu avtomobil qəzası keçirib

A- A A+

İspaniyanın “Deportivo” komandasının futbolçusu Pyer-Emerik Obameyanq məşqə gedərkən avtomobil qəzası keçirib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında La-Korunya yaxınlığında baş verib. 37 yaşlı futbolçunun idarə etdiyi avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Obameyanq hadisədən sonra öz avtomobili ilə məşq bazasına gedərək komanda ilə birlikdə məşqdə iştirak edib. Qabonlu futbolçu daha sonra mətbuat konfransında qəza ilə bağlı danışıb.

“Bizimlə bağlı hər şey qaydasındadır. Həyatda belə hadisələr baş verir. Ən əsası, digər sürücünün xəsarət almamasıdır. Pis hadisədən sonra yaxşı günlər də gəlir”, – deyə hücumçu bildirib.

Obameyanq cari mövsümdə 10 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq karyerası ərzində “Borussiya Dortmund” (Almaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə) və “Barselona” (İspaniya) kimi tanınmış klublarda da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: