Britaniyanın Hərbi Dəniz Qüvvələrinin qərargahına bomba qoyulması ilə bağlı yalan məlumat verilib

A- A A+

Böyük Britaniyanın Portsmut şəhərində yerləşən Kral Hərbi Dəniz Qüvvələrinin qərargahına bomba təhdidi ilə əlaqədar polis və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunublar.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, “HMS Excellent” hərbi dəniz bazasına qarşı təhdid telefon zəngi vasitəsilə edilib.

Polis və Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı bazada hər hansı təhlükə aşkarlanmayıb. Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü açıqlamasında təhlükəsizlik insidenti ilə bağlı əməliyyatın başa çatdığını, hərbi bazanın normal fəaliyyətini davam etdirdiyini və hadisə ilə əlaqədar araşdırma aparıldığını bildirib. Hadisə ilə əlaqədar hərbi bazanın ətrafında təhlükəsizlik perimetri yaradılıb.

Qeyd edək ki, Portsmut şəhərinin Ueyl adasında yerləşən “HMS Excellent” bazasında Kral Hərbi Dəniz Qüvvələrinin qərargahı ilə yanaşı, hərbi dalğıcların hazırlanması məktəbi və gəmilərdə zədələrin aradan qaldırılması üzrə təlim bölməsi də fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: