Gürcüstan XİN: Avropa Parlamentinin qətnaməsi Gürcüstan-Avropa İttifaqı münasibətlərini pozur

A- A A+

Avropa Parlamentində Gürcüstanla bağlı debatlar və qəbul edilən qətnamə Gürcüstan-Avropa İttifaqı münasibətlərini pozur.

NUHÇIXAN xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Pavel Herçinski ilə görüşündə bu məsələ ətrafında müzakirə aparıb.

G.Zurabaşvili deyib ki, Gürcüstan tərəfi Aİ-yə qəbul prosesinə sarsılmaz sadiqliyini təsdiqləyib və tərəflər arasında açıq dialoqun vacibliyini vurğulayıb.

Qeyd edək ki, Avropa Parlamentinin Gürcüstan məsələsi ilə bağlı qəbul etdiyi qətnamə rəsmi Tbilisinin narazılığına səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: