Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endiriblər

A- A A+

Səudiyyə Ərəbistanının cənubundakı Cizanda yerləşən neft emalı zavodu (NEZ) Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) zərbəsinə məruz qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yəməndə Qanuniliyin Dəstəklənməsi Koalisiyasının rəsmi nümayəndəsi, general-mayor Türki Əl-Maliki "X" sosial şəbəkəsində bildirib.

Bundan əlavə, Əl-Maliki Yəmənin Hodeyda əyalətində ballistik raket buraxılış qurğusunun məhv edildiyini bildirib.

O iddia edib ki, husilər bu qurğudan Cizandakı NEZ-ə zərbə endirmək üçün istifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: