Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram

A- A A+

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunması ehtimalının yüksək olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth” sosial şəbəkə platformasındakı hesabında yazıb.

O, Çində Rusiya Prezidenti Vladimir Putinlə bu barədə geniş müzakirə apardığını deyib.

“Bunun mümkünlüyünə həqiqətən inanıram. Hər ay minlərlə insan həlak olur. Bu, əsl qan gölüdür. Razılaşmanın əldə olunması hər kəs üçün böyük nailiyyət olardı”, – deyə Donald Tramp qeyd edib.

ABŞ Prezidenti, həmçinin ötən axşam Mar-a-Laqo iqamətgahında NATO-nun Baş katibi Mark Rutte ilə görüşdüyünü bildirib. O, görüş zamanı bir sıra məsələlərin müzakirə edildiyini və Rusiya Prezidenti ilə apardığı danışıqlar barədə NATO-nun Baş katibinə məlumat verdiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: