ABŞ-də Şükranlıq Günündə güclü fırtına və daşqınlar müşahidə olunur

A- A A+

ABŞ-nin böyük hissəsində Şükranlıq Günü bayramı güclü yağış, şiddətli külək və daşqınlarla müşayiət olunur.

NUHÇIXAN xəbər verir ki, ölkənin şərq sahillərində güclü fırtına səbəbindən Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan 100-cü ənənəvi bayram paradı noyabrın 28-nə təxirə salınıb. Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edilib.

ABŞ Milli Meteorologiya Xidməti ölkənin şərqində küləyin sürətinin saatda 80 kilometrə və daha yüksək həddə çatacağı barədə xəbərdarlıq edib. Missuri və İllinoys ştatlarının bəzi ərazilərində qar örtüyünün qalınlığının 33 santimetrə çatacağı proqnozlaşdırılır.

Ölkənin qərbində isə Kaliforniya, Oreqon və Vaşinqton ştatlarının sahilyanı ərazilərində daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Noyabrın 26-da yerli vaxtla səhər saatlarına olan məlumata görə, ABŞ-də 400-ə yaxın aviareys gecikib, 360 reys isə ləğv edilib. Ötən gün 6500-dən çox aviareysdə gecikmə qeydə alınıb.

Amerika Avtomobil Assosiasiyasının hesablamalarına əsasən, bayram həftəsində 81,5 milyon amerikalının səyahət edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: