Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur

A- A A+

Xəzər dənizinin dayazlaşması və səviyyəsinin dəyişməsi bütün Xəzəryanı dövlətlərdə narahatlıq doğurur.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Süni intellekt dünyasına səyahət" konfransında məktəblilər və tələbələrlə görüş zamanı bildirib.

"Xəzər dənizinin səviyyəsi gah enir, gah qalxır. İndi getdikcə daha çox enir. Bu, Xəzər regionunun bütün ölkələrində narahatlıq doğurur", - o qeyd edib.

Putin narahatlıq doğuran digər ekoloji amil kimi Aral dənizinin qurumasını qeyd edib və hazırda ora suyun son dərəcə yavaş qayıtdığını bildirib. O vurğulayıb ki, Xəzərin, həmçinin Aral dənizinin öyrənilməsi müasir tədqiqatçıların qarşısında duran mühüm və çox qlobal vəzifədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: