Tehran Küveytlə birgə PUA hücumunun araşdırılmasına hazır olduğunu açıqlayıb

A- A A+

İran Küveyt ərazisinə pilotsuz uçuş aparatının (PUA) hücumu ilə bağlı insidentin mənbəyini və məsul şəxsləri müəyyənləşdirmək məqsədilə Küveytlə birgə araşdırma aparmağa hazır olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə telefon danışığı zamanı bildirib.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Abbas Əraqçi pilotsuz uçuş aparatının Küveytə hücumu ilə bağlı ittihamları qətiyyətlə rədd edib və Tehranın insidentə heç bir aidiyyəti olmadığını vurğulayıb. Nazir hadisə nəticəsində insan tələfatı və dəymiş ziyana görə təəssüfünü ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Küveyt Müdafiə Nazirliyi İranın hücumu nəticəsində ölkənin mühüm obyektlərindən birinin hədəfə alındığını və dörd nəfərin, o cümlədən İtaliya vətəndaşı olan iki şəxsin xəsarət aldığını bildirmişdi. İtaliya tərəfinin məlumatına görə, hücum nəticəsində iki İtaliya vətəndaşı həlak olub.

İranın Romadakı səfirliyi isə Tehranın hücumda iştirak etmədiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: