İraqda neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində bir sıra yüksəkvəzifəli məmurların yaxın günlərdə vəzifələrindən kənarlaşdırılması gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə İraqın Baş nazirinin müşaviri Əbdül Əmir ət-Tayban bildirib.
Onun sözlərinə görə, neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar məhkəmə orqanlarının birbaşa nəzarəti altında aparılır və bu məsələdə hökumət üçün heç bir istisna yoxdur.
Müşavir qeyd edib ki, indiyədək vəzifədən azad edilən şəxslər yalnız başlanğıcdır. Araşdırmalar başa çatdıqca daha yüksəkvəzifəli şəxslərlə bağlı yeni qərarların qəbul ediləcəyi gözlənilir.
O, cinayətlərdə iştirak edən şəxslərin adlarının açıqlanmasının məhkəmə orqanlarının səlahiyyətində olduğunu vurğulayıb.
