Bazar kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutaları olan “Bitcoin” və “Ethereum”un qiymətində artım qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, “Binance” platformasının məlumatına görə, Bakı vaxtı ilə saat 20:45-ə olan vəziyyətə əsasən, “Bitcoin”in qiyməti 3,04 faiz artaraq 60 min 484 dollara, “Ethereum”un qiyməti isə 3,44 faiz yüksələrək 1690 dollara çatıb.
“CoinMarketCap”ın məlumatına görə, noyabrın 26-da qlobal kriptovalyuta bazarının kapitallaşması 2,07 trilyon dollar təşkil edib. Bunun 58,8 faizi “Bitcoin”in, 10 faizi isə “Ethereum”un payına düşüb.
