İngiltərənin “Bornmut” komandası bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanaraq klub tarixinin rekordunu yeniləyib.
NUHÇIXAN xəbər verir ki, kollektiv buna UEFA Avropa Liqasının liqa mərhələsinin V turunda İspaniyanın “Selta” klubunu 2:1 hesabı ilə məğlub edərək nail olub.
Bu qələbə sayəsində İngiltərə təmsilçisi beş oyundan sonra 15 xal toplayaraq turnir cədvəlində vahid liderdir.
Qeyd edək ki, İngiltərə Premyer Liqası təmsilçiləri arasında bundan əvvəl daha uzun qələbə seriyasına “Aston Villa” imza atıb. Birmingem klubu 2025-ci ilin noyabr-dekabr aylarında ardıcıl 11 görüşdə qələbə qazanıb.
