İslandiya millisinin sabiq qapıçısı İnqvar Yonsson onkoloji xəstəlik səbəbindən 37 yaşında dünyasını dəyişib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin “Visir” nəşri məlumat yayıb.
Ötən ilin yazında xərçəng xəstəliyi diaqnozu qoyulan futbolçu noyabrın 25-də vəfat edib. Onun həyat yoldaşı və üç övladı qalıb.
İnqvar Yonsson karyerası ərzində “Styarnan” və “Vikinqur”la İslandiya çempionu olub. O, həmçinin Norveç və Danimarkanın müxtəlif klublarında çıxış edib.
Qapıçı İslandiya millisinin heyətində 8 oyun keçirib. O, 2016-cı ildə Fransada təşkil olunan Avropa çempionatında da iştirak edib. Həmin turnirdə islandiyalılar 1/4 finaladək irəliləyiblər.
Qeyd edək ki, İslandiya yığması AVRO-2016-nın 1/8 final mərhələsində İngiltərəni sensasiyalı şəkildə məğlub edib. Komanda 1/4 finalda isə turnirin gələcək finalçısı Fransa millisinə uduzub.
