Peskov Moskvada Putin və Paşinyan arasındakı danışıqların mövzularını açıqlayıb

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Gümrüdəki baza və təhlükəsizlik məsələlərinə toxunacaq.

NUHÇIXAN  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş zamanı, həmçinin İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalıb-qalmaması seçimi müzakirə olunacaq.

D.Peskov qeyd edib ki, mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə Ermənistan arasındakı münasibətlər kifayət qədər genişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: