Belçika icarə elektrik skuter və velosipedlərdən istifadə sayına görə dünyada birinci yeri tutub.
NUHÇIXAN xəbər verir ki, bu barədə 25 ölkədə bu cür xidmətlər göstərən “Bolt” mobil platformasının məlumatlarında bildirilir.
Son iki ayda Belçikada hər istifadəçi orta hesabla 14 səfər edib.
Avropa İttifaqının digər ölkələrində bu göstərici 7,5 olub. İkinci yerdə 13 səfərlə ABŞ qərarlaşıb. Norveç 12,8, Böyük Britaniya isə 10,9 səfərlə sonrakı yerləri tutub. Avropa İttifaqında Belçikadan sonra Bolqarıstan və Almaniya gəlir. Bu ölkələrdə göstərici müvafiq olaraq 9,4 və 9,1 olub.
Niderlandlılarla müqayisədə belçikalılar icarə skuter və velosipedlərdən təxminən üç dəfə çox istifadə edirlər. Niderlandda bu göstərici beş, İspaniyada isə 4,5 səfərdir.
Belçikada səfərlərin 76 faizi abunə paketləri ilə ödənilib. Bu, Avropa İttifaqının 17 ölkəsi arasında ən yüksək göstəricidir. İstifadəçilərin yarıdan çoxunun abunə paketi var.
