Antarktidada buz örtüyü 1979-cu ildən bəri ən aşağı həddə düşüb

A- A A+

Antarktidada dəniz buzlarının sahəsi 2026-cı ilin oktyabrında peyk müşahidələrinin aparıldığı 1979-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avstraliya Antarktika Bölməsi məlumat yayıb. Bildirilib ki, buz örtüyünün əriməsi imperator pinqvinləri və Antarktida krilllərinin yaşayış mühitini təhlükə altına qoyur. Alimlər bu prosesi okean sularının istiləşməsi, külək və atmosfer temperaturundakı dəyişikliklərlə əlaqələndirirlər.

Mütəxəssislər buz örtüyünün azalmasının Antarktida ekosisteminə və dəniz canlılarının həyatına təsirlərini araşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: