İran Cənubi Koreyanı körfəz bölgəsində hərbi mövcudluğunu genişləndirməməyə çağırıb

A- A A+

İranın xarici işlər naziri Abbas Əraqçi Cənubi Koreyanın xarici işlər naziri Ço Hyuna körfəz bölgəsində xarici hərbi mövcudluğun sülhə töhfə vermək əvəzinə, gərginliyi artıracağını bildirib.

NUHÇIXAN  “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bu xəbərdarlıq Seulun Hərbi Dəniz Qüvvələrinin bir bölməsinin əməliyyat zonasını Oman körfəzinin cənubunadək genişləndirməyə hazırlaşdığı bir vaxtda səsləndirilib.

İranın Seuldakı səfirliyi cümə günü “X” sosial şəbəkəsində bildirib ki, Əraqçi bir gün əvvəl cənubi koreyalı həmkarı ilə telefonla danışıb. Ço Hyun ölkəsinin heç bir müharibəyə qoşulmaq və ya körfəzə qoşun yeritmək niyyətində olmadığını bir daha vurğulayıb.

Hazırda Cənubi Koreya parlamenti hökumətin “Çonhe” hərbi-dəniz bölməsinin əməliyyat zonasının Oman körfəzinin açıq dəniz sularına qədər genişləndirilməsi ilə bağlı təklifini nəzərdən keçirir. Məqsəd ölkənin ticarət gəmilərinin təhlükəsiz naviqasiyasına kömək etməkdir.

Piratlığa qarşı mübarizə aparan “Çonhe” bölməsi 2009-cu ildən Ədən körfəzində yerləşdirilib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi dəniz bölməsinin missiyasının ölkə vətəndaşlarının təhlükəsizliyini və iqtisadi maraqlarını qorumaqdan ibarət olduğunu açıqlayıb.

Cənubi Koreya dünyanın ən böyük neft və qaz idxalçıları sırasındadır. Hökumətin məlumatlarına əsasən, ölkə 2025-ci ildə neftə olan tələbatının 70 faizini Yaxın Şərqdən idxal edib. Neft tədarükünün böyük hissəsi Hörmüz boğazı vasitəsilə həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: