Sudanda Çevik Dəstək Qüvvələrinin hücumları nəticəsində 21 mülki şəxs həlak olub

A- A A+

Sudanda Çevik Dəstək Qüvvələrinin Qərbi Kordofan vilayətinin ən-Nuhud şəhərinin qərbində yerləşən kəndlərə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində 9 mülki şəxs həlak olub.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Sudanın Dar Hamar Fövqəladə Hallar Qərargahı məlumat yayıb.

Qərargahın məlumatına görə, Çevik Dəstək Qüvvələri mülki şəxsləri Sudan ordusuna dəstək verməkdə ittiham edərək hədəfə alıb.

Sudan İnsan Hüquqları Bürosu isə Çevik Dəstək Qüvvələrinin Şərqi Darfur vilayətinin Yasin rayonundakı kəndlərə ardıcıl hücumları nəticəsində ilkin məlumatlara görə, 12 nəfərin həlak olduğunu bildirib.

Qeyd olunub ki, üç gün davam edən hücumlar zamanı beş kənd tamamilə yandırılıb, əkin sahələri və ərzaq məhsulları məhv edilib. Hücumlar nəticəsində yaralanan və itkin düşənlər var, sakinlər yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, 2023-cü ilin aprelindən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma nəticəsində on minlərlə insan həlak olub, təxminən 13 milyon nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Ölkədə humanitar vəziyyət getdikcə ağırlaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: