İtaliya XİN: Zelenski Liviya sahillərində Rusiya gəmilərinə hücumlarla bağlı həqiqətləri söyləmir

A- A A+

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın 27-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Liviya sahillərində Rusiya gəmilərinə hücumların müttəfiqlərlə əlaqələndirilməsi barədə fikirlərini təkzib edib. Nazir bildirib ki, Ukrayna bu barədə müttəfiqlərinə əvvəlcədən məlumat verməyib.

NUHÇIXAN ANSA agentliyinə istinadla xəbər verir ki, Tayani deyib: “Heç vaxt heç bir koordinasiya olmayıb, hətta Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da bu hücumları gələcəkdə müttəfiqləri ilə müzakirə edəcəklərini bildirib”.

Tayani bu bəyanatı Zelenskinin cümə günü BBC-yə verdiyi müsahibəyə cavab olaraq verib. Ukrayna Prezidenti müsahibədə Rusiya gəmilərinə hücumları ərazi suları və ya dəniz infrastrukturu ilə əlaqəli olan ölkələrlə əlaqələndirdiyini bildirib.

İtaliyalı nazir Ukrayna Prezidentinin açıqlamasını təkzib edərək vurğulayıb ki, Kiyev heç bir müttəfiqini əməliyyatlar barədə məlumatlandırmayıb. O əlavə edib ki, Ukrayna qüvvələrinin Liviyada nə etdiyi barədə heç kim heç nə bilmir. “Beləliklə, Zelenskinin dedikləri doğru deyil”, - deyə Tayani bildirib.

Çərşənbə axşamı İtaliyanın xarici işlər naziri Ukraynanın Liviyanın şərqində son hərbi əməliyyatları ilə bağlı narahatlığını bildirmişdi. Roma Rusiya-Ukrayna müharibəsinin Aralıq dənizinə yayılmasının qarşısını almağın vacibliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: