Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər

A- A A+

Paris hava limanlarını təmsil edən iki həmkarlar ittifaqı Milad tətilinin başlanması ərəfəsində dörd günlük tətil elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Tətil təşəbbüsü CGT və FO həmkarlar ittifaqları tərəfindən irəli sürülüb. Birgə bəyanata əsasən, aksiya dekabrın 17-də saat 05:00-da başlayacaq və dekabrın 20-si gecə yarısına qədər davam edəcək.

Tətilə Orli və Şarl-de-Qoll hava limanlarını idarə edən ADP şirkətinin əməkdaşları qoşulacaqlar.

İşçilər nəqliyyat xərclərinə görə kompensasiyanın 20 % artırılmasını, hər bir əməkdaşa 1 000 avro məbləğində mükafat verilməsini və yeni iş yerlərinin açılmasını tələb edirlər.

Tətil qərarı şirkət rəhbərliyi ilə aparılan danışıqların nəticəsiz qalmasından sonra qəbul edilib. Həmkarlar ittifaqları səhmdarlara əlavə 80 milyon avro ayrılmasına baxmayaraq, rəhbərliyin güzəştə getmək istəmədiyini bildiriblər.

Bundan başqa, həmkarlar ittifaqlarının nümayəndələri əməkhaqlarının artırılması məsələsinin tarif cədvəllərinə yenidən baxılması zərurəti ilə əsaslandırılaraq müzakirədən kənarda saxlanılmasını da tənqid ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: