Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Marsa Ocean Shipping” şirkətinə məxsus ticarət gəmisini azad ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Garowe” portalı Somali polisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Panama bayrağı altında üzən gəminin heyəti xəsarət almayıb. Gəmi nəzərdə tutulan marşrutu ilə hərəkət etməyə davam edib.
