Qazaxıstanın bütün səviyyələrində maslihatlara (yerli nümayəndəlik orqanları) deputatların növbədənkənar seçkilərində səsvermə başa çatıb.
NUHÇIXAN xəbər verir ki, yerli vaxtla saat 20:00-da ölkə üzrə bütün seçki məntəqələri bağlanıb və seçki komissiyaları səsləri saymağa başlayıb.
Seçkilərdə maslihatlara 3447 deputat seçiləcək.
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına sonuncu seçkilər 2023-cü ilin mart ayında keçirilib.
