Myanmada sərnişin avtobusunun dərəyə aşması nəticəsində 22 nəfər həyatını itirib, daha 14 nəfər xəsarət alıb.
NUHÇIXAN “Xinhua” agentliyinə istinadla xəbər verir ki, qəza bu gün ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 19:50 radələrində baş verib.
Hadisə yerinə dərhal təcili yardım və xilasetmə qüvvələri cəlb olunub. Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri barədə hələlik ətraflı məlumat verilməyib.
