NUHÇIXAN Ermənistan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində 2000-ci il təvəllüdlü erməni əsgər Sipan Melkonyan ölüb.
Məlumata görə, erməni hərbi qulluqçu iyunun 1-də, yerli vaxtla 07:30 radələrində cəbhənin cənub-şərq istiqamətində yerləşən hərbi hissənin müdafiə postunda vurulub.