Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları iyunun 1-də Yerevanda və ölkənin daha 12 şəhərində etiraz aksiyaları keçiriblər.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri olan bloger Artur Danielyan mətbuat konfransında məlumat verib.
Tədbir “Yalanın doğulması” şüarı altında keçirilib. Danielyanın sözlərinə görə, bu gün Yerevanın 11 administrativ rayonunda və ölkənin 12 şəhərində keçirilən etirazlara 90 nəfər qoşulub. Polis aksiyalarda iştirak edən 30 nəfəri saxlayıb.
“Bu o deməkdir ki, Paşinyanın yalan iddiaları təkcə iqtisadiyyat, demoqrafiya, xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı deyil, həmçinin daxili siyasət potensialına da aiddir. Hazırda onun reytinqini yalnız hüquq-mühafizə orqanları və rayon administrasiyalarının əməkdaşları qoruya bilər”, - deyə Danielyan bildirib.