"Mercedes-Benz" 45 minə yaxın avtomobili geri çağırır

A- A A+

Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz" Çin bazarında satdığı 44 min 900 avtomobili təkər nasazlıqlarına görə geri çağırır.

NUHÇIXAN Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadla xəbər verir ki, oktyabrın 25-dən başlanacaq proses zamanı 2016-cı ilin aprel-may aylarında istehsal edilmiş avtomobillər geri çağırılacaq. İstehsalçı şirkətin Çindəki müştərək müəssisələri olan "Mercedes-Benz (China) Automotive Sales" və "Beijing Benz Automotive" avtomobillərdəki nasaz detalları yoxlayaraq dəyişəcək.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərdəki nasaz detalların təhlükə yarada biləcəyi fikrindədirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: