Fransanın “Renault” avtomobil şirkəti İtalyan-Amerikan avtomobil şirkəti olan FCA ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu açıqlayıb.
NUHÇIXAN İtaliyalının “repubblica.it” saytına istinadla xəbər verir ki, “Reault”un rəhbərliyi FCA-nın təklifini nəzərdən keçirəcəyini bildirib.
Fransa hökuməti “Renault” və FCA arasında mümkün birləşmə üçün əlavə zəmanətin verilməsini tələb edib. Bu barədə Fransa maliyyə nazirinin mətbuat katibi Brüno Le Mer bazar ertəsi “Bloomberg”ə müsahibəsində bildirib.
B. Le Mer həftəsonu birləşməni müzakirə etmək üçün FCA prezidenti Con Elkann ilə görüşüb. Məlumat verilir ki, nazir Fransada iş yerlərinin azalmayacağına və bununla yanaş, Fransa hökumətinin yeni şirkətin departamentində yer alacağına dair təminatın verilməsini tələb edib.
Bildirilir ki, belə olacağı halda “Renault”un səhmlərinin 15 faizinə sahiblənən Fransa hökuməti, birləşmiş şirkətin 7,5 faizinə də sahib olacaq.
“Renault”un hazırkı tərəfdaşı olan “Nissan” şirkətinin baş direktoru Hiroto Saykava birləşmənin rəhbəri olduğu şirkəti ilə “Renault” arasında mövcud əlaqənin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsini tələb edəcəyini söyləyib.