Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində “exit-poll”un nəticələrinə görə, seçicilərin 70,13 faizi Kasım-Jomart Tokayevə səs verib.
NUHÇIXAN xəbər verir ki, seçkilərdə Nur Otan partiyasından Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparıb.
Qeyd edək ki, cari ilin mart ayında Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin istefa verməsindən sonra Kasım-Jomart Tokayev müvəqqəti dövlət başçısı təyin edilib.