Amerikanın “Amazon” internet-reteyleri dünyanın ən bahalı brendlərin “BrandZ Top 100, 2019” reytinqində ilk yeri tutur.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniyanın WPP и Kantar Millward Brown kompaniyalarının versiyasına əsasən, “Amazon” brendinin dəyəri il ərzində 52 faiz artaraq 315,6 milyard dollara çatıb. Ötən illə müqayisədə kompaniya reytinqdə iki pillə irəliləyib.
Ötən ilin lideri – Amerikanın “Google” kompaniyası üçüncü pilləyə enib. Onun dəyəri 309 milyard dollar həcmində qiymətləndirilir. “Apple” korporasiyası 309,6 milyard dollarla ikinci yerdəki mövqeyini qoruyub.
İlk beşliyə, həmçinin “Microsoft” (251,2 milyard dollar) və “Visa” (177,9 milyard dollar) kompaniyaları daxil olub. Onların ardınca “Facebook” sosial şəbəkəsi (158,9 milyard dollar), Çinin elektron kommersiya nəhəngi “Alibaba” kompaniyası (131,2 milyard dollar), “Tencent” telekommunikasiya kompaniyası (130,8 milyard dollar), “McDonald's” kompaniyası (130,4 milyard dollar) və AT&T telekommunikasiya kompaniyası (108,4 milyard dollar) gəlir.