İvan Repinin məşhur əsərinə zədə vurulub

A- A A+

Moskvada Tretyakov qalereyasında İvan Repinin “İvan Qroznı oğlunu öldürür” rəsminə ciddi zədələr vurulub.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mayın 25-də muzey bağlanana yaxın son ziyarətçilərdən bir kişi İlya Repin zalına daxil olub və şüşə altında saxlanan əsərə metal əşya ilə bir neçə zərbə vurub. Nəticədə yağlı boya ilə çəkilmiş şəkil üç yerdən – şahzadənin əks olunduğu mərkəzi hissədən yırtılıb.

Moskva polisi cinayətkarı yaxalayıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: