2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək azalacaq.
NUHÇIXAN-ın məlumatına görə, bu haqda BMT-nin demoqrafik hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Ermənistan əhalisi 2030-cu ildə 2,9 milyona çatacaq, lakin 2050-ci ildə 2,8 milyon, 2100-cü ildə isə 2,039 milyon nəfərədək azalacaq.
Hesabatda həmçinin o da proqnozlaşdırılır ki, Azərbaycanın hazırda 10,048 milyon nəfər olan əhalisi 2100-cü ildə 9,192 milyon nəfərədək azalacaq.
Ümumilikdə, proqnozlara əsasən dünya əhalisi 2054-cü ildə 8,9 milyard nəfərədək yüksələcək, amma 2100-cü ildə isə bugünkündən daha aşağı səviyyəyə - 7,3 milyard nəfərədək azalacaq.