“Türk Hava Yolları” (THY) aviaşirkəti sifariş verdiyi “Boeing 787-9” sərnişin təyyarələrindən ilkini İstanbul Hava Limanında qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə təntənəli qarşılanma mərasimi təşkil olunub.
Qeyd edək ki, THY balansındakı təyyarələri yeniləmək və sayını artırmaq məqsədi ilə 30 ədəd “Airbus 350-900” və 30 ədəd “Boeing 787-9” sifariş edib. Yeni təyyarələr ilk növbədə çox sayda yeni iş yerinin açılmasını, o cümlədən təcrübəli pilot və uçuş heyətlərinin şirkətə cəlb olunmasını təmin edəcək. THY yeni təyyarələr hesabına, əsasən xarici uçuşları, o cümlədən qitələrarası sərnişin reyslərini artırmaq niyyətindədir.