Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iştirakçıları Xorvatiya Baş Nazirinin müavini, Xarici İşlər naziri Mariya Peyçinoviç-Buriçi Avropa Şurasının baş katibi seçiblər.
NUHÇIXAN təşkilatın saytına istinadla xəbər verir ki, bunu AŞPA-nın sədri Lilian Mori Paskye bəyan edib. Onun sözlərinə görə, səsvermədə iştirak edən 274 parlamentaridən 159-u xorvatiyalı namizədi dəstəkləyib. Onun rəqibi Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katibin səlahiyyət müddəti 5 ildir.
Mariya Peyçinoviç-Buriç parlament üzvlərinə müraciətində deyib: “AŞPA ilə Avropa İttifaqının Nazirlər Komitəsi, habelə üzv dövlətlər arasında dialoqu gücləndirmək vacibdir. Mən bu istiqamətdə fəaliyyət göstərəcəyəm. Ümidvaram ki, sizin dəstəyinizlə təşkilatımızı daha da gücləndirəcək və vətəndaşlarımız üçün sülhə və rifaha nail olacağıq”.
Yeni baş katibin mandatı cari ilin payızında başlayacaq. Hazırda bu vəzifəni Turbyörn Yaqland icra edir.