Pentaqon insanları ürək döyüntüsünə görə məsafədən tanıya bilən lazer qurğusu hazırlayıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “Jetson” adlandırılan texnologiyada dəri səthinin ürək döyüntüsü nəticəsində yaranan titrəyişini müəyyən etmək üçün infraqırmızı lazerdən istifadə olunur. Qurğu 200 metrə qədər məsafədən hətta nazik paltarın altında belə ürək döyüntüsünü müəyyən edə bilir.
İnsan ürəyinin döyüntüsü unikaldır, sifət və barmaq izindən fərqli olaraq onu dəyişmək mümkün deyil. Lakin mütəxəssislərin fikrincə, yeni texnologiyanın zəif nöqtələri də var: isti paltar “Jetson” qurğusu üçün keçilməz maneədir. Bundan əlavə, analiz və məlumat toplanması üçün insan 30 saniyə ərzində nisbətən hərəkətsiz dayanmalıdır. Həmçinin şəxsiyyətin müəyyən edilməsi üçün həmin şəxsin ürək döyüntüsü məlumat bazasında olmalıdır.