Əmirliklərin “Etisalat” telekommunikasiya şirkəti BƏƏ-də ilk dəfə smartfonlarla vendinq avtomatı təqdim edib.
NUHÇIXAN xəbər verir ki, ölkədə aparıcı yanacaq distribüteri və sürətli xidmət mağazalarının operatoru olan “Adnoc Distribution” şirkəti ilə əməkdaşlıq nəticəsində işlənib hazırlanan aparatın köməyi ilə arzuedənlər günün istənilən saatında satıcıların iştirakı olmadan smartfonlar əldə edə biləcəklər. Avtomatın quraşdırılması şirkətlər tərəfindən müştərilərə xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyan eksperimental layihənin bir hissəsidir. Bu pilot layihənin həyata keçirilməsi Əbu-Dabidə mobil məhsulların və “Etisalat” şirkətinin xidmətlərinin əlçatanlığının inkişafı və təmin edilməsi məqsədi daşıyır. Satış avtomatı telefon və aksesuarların geniş çeşidini təqdim edir. Qurğu nağd pul və bank kartlarını qəbul edir.