“Türk Hava Yolları”nın yeni aldığı “Boeing 787-9” sərnişin təyyarəsində nasazlıq ortaya çıxıb

A- A A+

“Türk Hava Yolları” (THY) aviaşirkətinin yeni aldığı “Boeing 787-9” sərnişin təyyarəsində nasazlıq aşkar edilib.

NUHÇIXAN Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, yeni alınan təyyarənin tanıdılması ilə bağlı videoçəkiliş aparılan zaman hava laynerinin tormoz işıqlarının kənarındakı plastiklər əriməyə başlayıb.

Qeyd edək ki, THY balansındakı təyyarələri yeniləmək və sayını artırmaq məqsədi ilə 30 ədəd “Airbus 350-900” və 30 ədəd “Boeing 787-9” sifariş edib. “Boeing 787-9” markalı ilk təyyarə iyunun 26-da İstanbul Hava Limanına enib. Bildirilir ki, terrorçular tərəfindən öldürülən şəhid Eren Bülbülün doğulduğu yerin adını daşıyan “Maçka” adlı bu təyyarə Türkiyədə ilk daxili uçuşunu iyulun 8-də İstanbul-Trabzon reysi ilə həyata keçirəcək. Hələlik ortaya çıxan nasazlığın necə aradan qaldırılacağı barədə rəsmi açıqlama yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: