Gürcüstanın Quriya bölgəsinə qar yağıb - FOTOLAR

A- A A+

İyulun 1-də gecə saatlarında Gürcüstanın Quriya bölgəsinə qar yağıb. Bu nadir təbiət hadisəsi ən çox yüksək dağlıq ərazidə yerləşən Baxmaro istirahət zonasını əhatə edib.

NUHÇIXAN xəbər verir ki, iyunun 30-da axşamdan başlayaraq yağan qar bu gün səhər saatlarına qədər davam edib. Baxmaro istirahət zonasının direktoru David Sadjaya jurnalistlərə bildirib ki, yaşlı nəsil iyul ayında bu bölgəyə qar yağdığını xatırlamır. Onun sözlərinə görə, bəzi insanlar bundan narahat olsalar da, turistlərin və yerli əhalinin böyük əksəriyyəti bu nadir təbiət hadisəsindən çox sevinib.

Əraziyə elektrik enerjisinin verilişi gecə saatlarında dayansa da istirahət zonası generatorlar vasitəsilə enerji ilə təmin olunub.

Qeyd edək ki, Baxmaro dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir və buranın havası yayda çox sərin olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: