Özbəkistanın paytaxtı Daşkənd şəhərinin şərqində, Çirçik çayının sol sahilində şərti olaraq Yeni Daşkənd adlanan şəhər salınacaq.
NUHÇIXAN xəbər verir ki, yeni şəhərin baş planını İngiltərənin Benoy Memarlıq Şirkəti hazırlayıb.
Daşkənd şəhər hakiminin memarlıq, kapital tikinti və kommunikasiyaların inkişafı üzrə müavini Davron Hidayatov jurnalistlərə bildirib ki, paytaxt Daşkəndin ərazisi 33 min hektardır, layihəyə görə ona 18 min hektar da birləşdiriləcək. Yeni Daşkənddə inzibati rayon, işgüzar mərkəzlər, müasir üslubda yaşayış binaları, ticarət pavilyonları, yaşıllıq zonaları, parklar olacaq.
Layihəyə əsasən, 2 milyon nəfərin yaşayacağı yeni şəhərin hava limanı da olacaq.