“Samsung Galaxy Note 10” smartfonunun təqdimat tarixi rəsmən açıqlanıb

A- A A+

"Samsung" şirkəti bazar ertəsi KİV nümayəndələrinə avqustun 7-də Bruklində "Barclays Center" idman arenasında keçiriləcək "Unpacked" tədbirində iştirak üçün dəvətnamə göndərib.
 
NUHÇIXAN www.3dnews.ru saytına istinadən xəbər verir ki, dəvətnamədə tədbirdə nəyin baş verəcəyi göstərilməsə də, yeni nəsil "Samsung Galaxy Note" smartfonunun təqdim ediləcəyi şübhə doğurmur.
 
"Samsung Galaxy Note 10" smartfonunun "Note" seriyasının dizaynını qoruyaraq "Galaxy S10" modelinin funksiyalarını, o cümlədən ekrana yerləşdirilən ön kamera, displeyə quraşdırılan barmaq izi skaneri və s. özündə birləşdirəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: