Ermənistanın baş prokuroru yanında komissiya 2018-ci ilin yanvarından 2019-cu ilin iyunundakı sosial təminat sistemində olan korrupsiya hallarını təhlil edib. Həmin dövrdə sosial təminat idarələrində rüşvət halları ilə bağlı 166 cinayət işi qaldırılıb. Təhlil göstərib ki, korrupsiya bütün ölkəni əhatə edib.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, prokurorların məlumatına görə, bir sıra vətəndaşları sosial müavinət almaq üçün rüşvət veriblər. Bundan başqa, yüzlərlə insan bu siyahılara daxil edilib, lakin özlərinin bundan xəbəri olmayıb. Onların əvəzinə sosial müavinətləri sosial təminat xidmətlərinin əməkdaşları alıblar. Korrupsiya əməllərində vilayət administrasiyalarının əməkdaşları, şəhər meriyalarının sosial təminat şöbələrinin ərazi idarələrinin rəisləri və aparıcı mütəxəssisləri, poçt şöbələrinin rəhbərləri də iştirak ediblər. Qaldırılmış cinayət işləri çərçivəsində 249 nəfərə qarşı ittiham irəli sürülüb, 41 nəfərin işləri isə məhkəmələrə göndərilib. Artıq sosial təminat şöbələrinin 33 məmuru məhkum olunub. Dövlətə vurulan zərərin ümumi məbləği 1,6 milyon dollardır. İndiyədək 291 min dollar məbləğində vəsait geri qaytarılıb.