Ermənistanın iqtisadiyyatında bədbin vəziyyət yaranıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin keçmiş deputatı, iqtisadçı Vardan Bostancyan deyib.
O qeyd edib: "Selfi çəkməklə yanaşı, inqilabı dəstəkləyən əsas kütlə pul oyunları və əyləncələrlə məşğuldur. İnstitutlar isə yalan maliyyə vəsaitlərindən söz açır və belə təəssürat yaranır ki, ötən il ilə müqayisədə iqtisadiyyatımız daha fəaldır. Amma bu, fəallıq deyil, perspektivsiz və mənasız işdir".
İqtisadi vəziyyətin acınacaqlı olduğunu deyən ekspert bildirib: "Bizim müasir iqtisadiyyatımız yoxdur, bizə fundamental dəyişikliklər lazımdır".