Rusiya Təhqiqat Komitəsi Moskvada xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən Oqanes Ayrapetyanı beynəlxalq və federal axtarışa verib.
NUHÇIXAN xəbər verir ki, iyunun 1-də Moskva ətrafındakı Krasnoqorsk rayonunda Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən erməni Oqanes Ayrapetyan istintaqdan yayınır. Bu günlərdə o, vəkili ilə əlaqə yaradaraq hüquq-mühafizə orqanlarına təslim olması üçün öz şərtlərini irəli sürüb. Oqanesyan vəkilinə hazırda qətl hadisəsi ilə əlaqədar təcridxanada saxlanılan qohumlarının və yoldaşlarının azad edilməsi müqabilində təslim olacağını bildirib. O da məlum olub ki, Ayrapetyan bundan əvvəl də oğurluq etdiyi üçün məhbusluq həyatı yaşayıb və bu ilin fevral ayında azadlığa buraxılıb.
Xatırladaq ki, qətl hadisəsi ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanları tərəfindən artıq 9 erməni saxlanılıb. Onlara qarşı qətl və xuliqanlıq maddələri ilə ittihamlar irəli sürülüb.