Çex arxeoloqları Qədim Çarlıq dövründə (bizim eradan əvvəl XXIII-XXI əsrlərin ortaları) yaşamış İnti adlı baş kahinin qəbir otağından dünyada məhəbbət haqqında ən qədim mahnının mətnini tapıblar.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə praqalı misirşünas alim Brjetislav Vaxala məlumat verib. “Bu nadir tapıntıdır. Əvvəllər belə hesab edilirdi ki, qədim misirlilər yalnız dini və elmi məzmunlu mətnlər yazıblar. Ən maraqlısı isə odur ki, mahnının mətni insan hisslərinin büruzə verilməsinə çox sərt münasibət bəsləyən din xadiminin – kahinin sarkofaqında olub”.
Brjetislav Vaxalanın çex dilinə çevirdiyi mahnıda Yasa adlı gəncin gözəl qıza məhəbbəti tərənnüm edilir. Alim dəqiqləşdirib ki, mahnı 4300 ildən əvvəlki dövrə aiddir.
Qədim Misir mətninin oxunması bir ildən çox vaxt aparıb. O, çex dilindən başqa, ingilis, fransız və alman dillərinə də tərcümə olunub.