Tailandda britaniyalı balıqçı Con Harvi dünyada ən böyük siam karpını və ya nəhəng şirbit balığını ovlayıb.
NUHÇIXAN “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Con Harvinin ovladığı balığın çəkisi təxminən 105 kiloqram təşkil edib.
Britaniyalı tutduğu balıq ilə dünya rekordunu yeniləyə bilib: buna qədər ovlanan ən böyük siam karpı indikindən 4,5 kiloqram yüngül olub.
Balıqçının sözlərinə görə, siam karpını sudan çıxarmaq üçün ona 1 saat 30 dəqiqə vaxt lazım gəlib. “Balıq demək olar, müqavimət göstərmirdi, problem onun çəkisində idi. Mən səhv etmək istəmirdim və buna görə çox həyəcan keçirirdim”, - deyə Con Harvi bildirib.